Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun M.Həsənov küçəsində yerləşən apteklərdən birində əczaçı işləyən Hilal Həsənov Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, tanımadığı şəxs ona bıçaqla hədə-qorxu gələrək obyektin kassasından 2000 manat pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.
Gördüyünüz şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal Rayon Polis İdarəsinə və ya 29-cu Polis Şöbəsinə müraciət edə bilərlər.