Modern.az

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi

Aktual

17 Oktyabr 2018, 13:40

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Norveçdə dərc edilən International Journal of Analytical Mass Spectrometry and Chromatography (Analitik Kütlə Spektrometriyası və Xromatoqrafiya) beynəlxalq jurnalının redaksiya heyətinin üzvü seçilib.

 

Modern.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin təmsil edildiyi junal kütlə spektometriyası və xromatoqrafiya sahəsində nüfuzlu nəşr hesab edilir.

 

Köhnə sovetlər birliyindən yalnız Rusiyadan olan alimlərin daxil edildiyi redaksiya heyətinə akademik Abel Məhərrəmovun üzv seçilməsi Azərbaycanın kütlə spektometriyası və xromatoqrafiya sahəsində çalışan alimlərinin elmi nəticələrinin beynəlxalq səviyyədə təbliğ olunmasına, elmimizin nüfuzunu daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!