19 yanvar 2019, Şənbə
Ana Səhifə - GÜNDƏM - Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT
Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT
17.10.2018, 13:42

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda oktyabrın 2-də “yoxa çıxan” müxalif jurnalist Cama Xaşogi (yaxud Camal Kaşıkçı) qalmaqalı getdikcə böyüyür və dramatik xarakter alır.

 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, oktyabrın 15-də axşam konsulluq binasında Türkiyə və Səudiyyə Ərəbistanından olan istintaq qruplarının apardığı araşdırmanın ardınca Qərb KİV-lərinə Xaşoginin necə öldürüldüyü barədə yeni təfərrüatlar sızdırılıb.

 

“The Wall Street Journal” qəzeti adının açıqlanmasını istəməyən türk rəsmilərinə istinadən yazır ki, jurnalistə işgəncə verilməsini və öldürülməsini Səudiyyə Ərəbistanından həmin gün iki “Gulfstream” təyyarəsi ilə İstanbula gələn xüsusi cəlladlar və xüsusi xidmət əməkdaşları konsul Muhammed əl-Üteybinin gözləri qarşısında həyata keçirib.

 

Yenə də vurğulanır ki, Türkiyə tərəfi Xaşoginin konsulluq binasında necə işgəncəyə məruz qaldığına və öldürüldüyünə dəlalət edən səs yazısına malikdir. “Səudiyyədən gələn cəlladlar qrupu Xaşogini konsul əl-Uteybinin gözləri önündə əvvəlcə döyüb, işgəncə verib, daha sonra dərman verərək yatırdıb və elektrikli mişarla doğrayıb”-qəzet adının açıqlanmasını istəməyən türk rəsmilərə istinadən yazır.

Qəzetə açıqlama verən qaynaqlar deyiblər ki, səudiyyəli jurnalist konsulluğun binasına daxil olandan sonra cəmi bir neçə dəqiqə sonra öldürülüb, əvvəl təxmin edildiyi kimi, Xaşogini dindirməyiblər.

 

Türkiyə tərəfi Xaşoginin necə öldürüldüyünü və cəsədinin mişarla doğrandığını əks etdirən səs yazılarını Səudiyyə Ərəbistanı tərəfinə, habelə ABŞ rəsmilərinə təqdim ediblər. Bu dəlillərə etiraz edən olmayıb. Lakin səs yazılarının necə əldə edildiyi dəqiq bilinmir.

 

Qəzet yazır ki, həmin səs yazısında cəlladlardan birinin konsul Muhammed əl-Üteybidən otağı tərk etməyi istədiyi eşidilir. Türkiyə mütəxəssisləri səs yazısını analiz edərək bu şəxsin Səudiyyə Ərəbistanından gələn patoloji anatomiya mütəxəssisi Salih əl-Tubaygi olduğunu müəyyən ediblər. Əl-Tubaygi jurnalistin cəsədini parçalayarkən ətrafdakılara yüksək səslə musiqi dinləməyi tapşırıb.

 

Bu arada Türkiyənin hakimiyyətyönlü "Yeni Şafak" qəzeti hətta həmin səs yazısından bəzi detallar dərc edib. Qəzetin yazdığına görə konsul əl-Üteybi Səudiyyə Ərəbistanından gələn cəllad qrupunun jurnalistə işgəncə verdiyi vaxt belə deyib: "Bu işi kənarda görün, mənim başıma bəla açacaqsınız".

 

Qrupdan biri isə konsula otaqdan çıxmağı əmr edir: "Səudiyyə Ərəbistanına geri qayıdanda yaşamaq istəyirsənsə səsini kəs, sus".

 

Türkiyə tərəfi jurnalistin öldürülməsində Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi, faktiki olaraq hakimiyyətə rəhbərlik edən Muhammed bin Salmandan şübhələnir. Çünki cinayətdə əli olanların vəliəhdlə yaxın əlaqələri var. Hadisəni araşdıran türkiyəli kriminalistlər və müstəntiqlər oktyabrı 2-də, jurnalistin sənəd almaq üçün konsulluğa getməsindən bir neçə saat əvvəl İstanbula gələn iki səudiyyəli qrup üzərində dayanıb.

 

Həmin qrupu gətirən və oktyabrın 2-də Ər-Riyada geri dönən “Gulfstream” təyyarələri “Sky Prime Aviation Services Ltd” adlı şirkətə məxsusdur. Səudiyyə vəliəhdi ötən il hakim ailənin üzvlərinə qarşı başlatdığı antikorrupsiya həbsləri zamanı bu şirkəti də müsadirə etmişdi. “Türkiyəli rəsmilər deyirlər ki, təyyarələrlə gələnlər arasında Velid Abdullah Əl-Şəhri və Thaar Qalib əl-Hərbi adlı şəxslər də var. Onlardan birincisinin Səudiyyə Ərəbistanın hərbi hava qüvvələrində general olduğu bildirilir. Türkiyəli rəsmilər isə bu adamın pataloji anatomiya mütəxəssisi olduğunu deyir”-qəzet yazır.

 

Qətərin “Əl-Cəzirə” kanalı da Xaşoginin konsulluqda necə öldürülməsi barədə bəzi detallar açıqlayır. Bildirilir ki, jurnalistin cəsədinin parçalara ayrılması 7 dəqiqə vaxt aparıb və bu işi pataloji anatomiya mütəxəssisi Salah Mohammed əl-Tubaygi həyata keçirib.

 

Müxalif səudiyyəli jurnalistin öldürülməsi əməliyyatında iştirak edənlərdən daha birinin kimliyi “The Wall Street Journal” qəzetinin başqa xəbərində açıqlanır. Bu, Mahir Abdüləziz Mutrebdir və vəliəhd şahzadə Muhammed bin Salmanla çox yaxındır. Qəzet arxiv görüntülərinə əsasən onun vəliəhdi Paris, Madrid, Hyuston, Boston və Nyu-York səfərlərində müşaiyət etdiyini bildirir. Mutreb vəliəhd şahazadə ilə təyyarədən yanaşı düşür və bütün təmaslarında onun yanında görünür.

 

Qrupun daha bir üzvü-Əbdüləziz Muhammed əl-Havsavi də vəliəhdin adamıdır. O da tez-tez Muhammed bin-Salmanla səyahət edib və bunu təsdiqləyən fotolar var. Habelə cəllad qrupunda yer alan Tahir Gali əl-Harbi də vəliəhdin sarayında xidmət edir və xidmətdə fərqləndiyinə görə medulla təltif olunub.

 

Türkiyə KİV-lərinin bildirdiyinə görə jurnalistin öldürülməsinə dair 11 dəqiqəlik səs yazısı mövcuddur. Jurnalistlər bu haqda daxili işlər naziri Süleyman Soyludan soruşublar. Nazir məlumatı nə təsdiq, nə təkzib edib.

 

Soylu deyib ki, konsulluq binası ilə yanaşı konsulun iqamətgahında da axtarış aparılmalıdır. Onun bildirdiyinə görə səudiyyəlilər binada axtarış aparılmasına razılaşıb, amma vaxt məsələsində hələlik anlaşma yoxdur.

 

Konsulluğun özündə aparılan axtarışda isə cinayətə dair dəlil hesab edilə biləcək predmetlər, o cümlədən kanalizasiyadan nümunələr və zibil yeşiklərinə atılan tullantılar götürülüb.

 

Bu arada konsul Muhammed əl-Üteybi sakitcə Türkiyəni tərk edib və Ər-Riyada geri dönüb. Türkiyə XİN bildirib ki, diplomat öz istəyi ilə gedib və ondan ölkəni tərk etmək tələb olunmayıb.

 

Bildirilir ki, Xaşoginin məsələsi bu gün ABŞ dövlət katibi Maykl Pompeonun Ankarada Türkiyə rəhbərliyi ilə apardığı danışıqlarda da müzakirə olunub.

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?
18.01.2019, 16:42

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi
18.01.2019, 16:26

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”
18.01.2019, 16:24

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”
18.01.2019, 16:22

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi
18.01.2019, 16:22

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər
18.01.2019, 16:18

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər

ARXİV