Modern.az

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır

17 Oktyabr 2018, 13:54

Ermənistan polisində ciddi narazılıq halları müşahidə olunur.

 

Modern.az xəbər verir ki, Ermənistanın “Qrapark” qəzetinin yazdığına görə, əsas narazılıq polisin ilin 15 gününü Azərbaycan-Ermənistan sərhədində əsgərlərlə birgə xidmət keçməsi ilə bağlıdır.

 

“Kifayət qədər rahat şəraitdə xidmət edən polislər Azərbaycanla sərhəddə keşik çəkmək yeniliyinə heç cür uyğunlaşa bilmirlər. Onlar təmas xəttinin ən təhlükəli postlarında yerləşdirilirlər”.

 

Qəzetin məlumatına görə, son aylarda onlarla polis əməkdaşı təmas xəttində xidmətdən yaxa qurtarmaq üçün istefa ərizəsi verib. Onların sayının günü-gündən daha da artdığı və narazılığın rəhbərliyə qədər çatdığı da qəzetin yazdığı məlumatlar arasındadır.

 

 

 

 

 

  

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi