Modern.az

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu

17 Oktyabr 2018, 15:28

Oktyabrın 15-də Neftçala rayonunda “Kür-Xəzər”  xeyriyyə ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında hazırlanan “Yüksəlişin sirri” sənədli filminin təqdimatı keçirilib. 

Modern.az xəbər verir ki, iştirakçılar Milli Qəhrəman Samid İmanovun məzarını ziyarət etdikdən sonra tədbir Neftçala rayon Heydər Əliyev Mərkəzində dsavam etdirlib.

Çıxış edən “Kür-Xəzər”  xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov bildirib ki,  Azərbaycana aprel qələbəsini yaşadanlardan biri olan Samid İmanov Azərbaycan xalqının əbədiyaşar oğludur. 

 Akif Kərimov deyib ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Milli Qəhrəman” adına layiq görülən şəhid mayor Samid İmanovun yaşasaydı  37 yaşı olacaqdı. Ömür üçün az müddətdə Samid İmanov adını Azərbaycan tarixinə yazmağı bacardı.


Təşkilat rəhbəri qeyd edib ki, bu gün təqdim olunan “Yüksəlişin sirri” sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli filminin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

 

Tədbirdə çıxış edən Azərbaycan bayrağı ordenli general İsgəndər Allahverdiyev, Azərbaycan bayrağı ordenli polkovnik Xətayi Baxşıyev, Dünya Azərbaycanlıları Konkresinin sədr müavini Xəzər Emin, AZTV-nin əməkdaşı Elnar Məmmədli və digərləri Samid İmanovun vətənpərvərliyi  və qəhrəmanlığı barədə geniş danışaraq , gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıblar.

 Sonra “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib.

 Qeyd edək ki,  filmin ssenari müəllifi tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas, rejissoru Anar Şuşalı, redaktoru tanınmış jurnalist Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu və məsləhətçisi hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdır.

Tədbirdə eyni zamanda Samid İmanova həsr olunmuş  "İgidim" marşı da nümayiş olunub. Marşın  söz və  musiqi müəllifi Gülqədəm Mirzəzadədir.

Filmin Bakı şəhərində də təqdimatının keçirilməsi nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir