Modern.az

“Yeni brend təqdim olunacaq, turizmə baxışınız dəyişəcək” – Agenlik sədrindən ANONS

“Yeni brend təqdim olunacaq, turizmə baxışınız dəyişəcək” – Agenlik sədrindən ANONS

Aktual

18 Oktyabr 2018, 10:20

Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti öz işinə başlayıb.

 

Modern.az-ın xəbərinə görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, bu gün olduqca önəmlidir.

 

“Bu, bizim qurum olaraq ictimaiyyətdə keçirdiyimiz ilk geniş tədbirdir. Bildiyiniz kimi Dövlət Turizm Agentliyi çox gənc bir qurumdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bu ilin aprel ayında Dövlət Turizm Agentliyini təsis edilib.

 

Artıq 7 ay keçir, yeni yaranan bir qurum üçün 7 ay elə də çox deyil. Bununla belə bu aylar ərzində dövlət başçısının bizə göstərdiyi etimada dayanaraq önəmli işlər görülüb.

 

Bu sahənin inkişaf etdirilməsi məhz bizə, Dövlət Turizm Agentliyinə tapşırılıb. Biz bu məsuliyyətin fərqindəyik və cənab Prezidentin ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi siyasətə uyğun olaraq öz işimizi qurmuşuq. Bizə hər zaman dəstək verən ölkə Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əiyevaya təşəkkür edirik”.

 

F.Nağıyev, görülən işlərlə bağlı mütəmadi olaraq hesabat verdiklərini deyib:

 

“Bizim üçün şəffaflıq önəmlidir. Bu tədbirimizin də əsas məqsədlərindən biri ötən 7 ay ərzində qət etdiyimiz yol, qarşıya qoyduğumuz məqsədlərlə cəmiyyətə məlumat verməkdir.

 

Bununla yanaşı, bu görüşdə bizi böyük yenilik gözləyir. Ölkənin yeni turizm brendi təqdim olunacaq. Hesab edirəm ki, yeni brendlə birlikdə turizmə baxışınız dəyişəcək. Ölkənin turizm potensialının tətbiqində yeni bir mərhələ başlayacaq. Dövlət Turizm Agentliyi olaraq bu sahədə olan problemlərin həlli üçün çalışacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı