Modern.az

ADU Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq edəcək - FOTO

ADU Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq edəcək - FOTO

18 Oktyabr 2018, 10:55

Azərbaycan  Dillər Universitetinin(ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası (BMA) arasında müqavilə imzalanıb.

Modern.az xəbər verir ki, müqavilənin imzalanmasının əsas məqsədi Azərbaycan və Çin musiqiçilərinin ikitərəfli yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi, peşəkar musiqiçilər və ifaçılar hazırlamaq sahəsində təhsil əlaqələrinin aktivləşdirilməsi, iki xalqın musiqi irsini öyrənmək sahəsində tədqiqatların aparılmasıdır.

Tədbirdə çıxış edən BMA-nın rektoru Fərhad Bədəlbəyli rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycan xalqının musiqi mədəniyyəti ənənələrinin qorunması və yaradıcı inkişafı istiqamətində fəaliyyəti haqqında Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Li Jinsuna məlumat verib.

Azərbaycanda musiqi təhsilinin inkişafından məmnun olduğunu bildirən Çin səfirinin müavini iki ölkə arasında musiqi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Mərasimdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov musiqi sənəti sahəsində Azərbaycan-Çin münasibətləri haqqında danışıb.R.Abbasov həmçinin, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı  Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətindən danışıb.

Daha sonra qonaqlar pianist Xuan Veyveyin rəhbərliyi altında Çinin Quansi əyalətinin musiqi kollektivinin ifasında Çin klassik musiqisi konsertini izləyiblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür