Modern.az

Azərbaycan baş nazirinin eks-müşavirinin kürəkəni güllələndi - FOTO

Azərbaycan baş nazirinin eks-müşavirinin kürəkəni güllələndi - FOTO

Aktual

18 Oktyabr 2018, 11:55
Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücuma olub.
 
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iş adamı İstanbulda Beykoz ərazisində maşınında atəşə tutulub. Naməlum şəxs tərəfindən Karamanın cipinə atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Əraziyə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb.
 
Hadisəni törədən 2 nəfər türkiyə vaxtı ilə gecə saat 04.00 radələrində tutulub. Onlar cinayəti 1 tapança və 2 ov tüfəngi ilə törədiblər. 
 

Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Musa Məmmədovun qızı Günel Məmmədova ilə evlənib. Onların toyu Çırağan Sarayında baş tutub. 

 

Xatırladaq ki, 85 yaşlı Musa Məmmədov ötən il vəzifəsindən azad olunub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi