Modern.az

“Siyahıya düşməyən könüllü şəhid döyüşçülər araşdırılmalı, onlara da birdəfəlik ödəniş verilməlidir!” - DEPUTAT  

“Siyahıya düşməyən könüllü şəhid döyüşçülər araşdırılmalı, onlara da birdəfəlik ödəniş verilməlidir!” - DEPUTAT   

18 Oktyabr 2018, 12:15

“Birinci Qarabağ Müharibəsi zamanı Xocalıda özünümüdafiə batalyonunun yaradılmasında iştirak etmişəm. Qeyd etməliyəm ki, batalyon yaradılarkən, əvvəldən yığılan döyüşçülər Müdafiə Nazirliyinin siyahısına düşdülər. Sonradan könüllü olaraq, batalyonun sıralarına qatılanlardan bəzilərini isə qeydiyyata almaq mümkün olmadı”.


Bu barədə Modern.az-a deputat, Xocalının keçmiş icra başçısı Elman Məmmədov danışıb. Onun sözlərinə görə, elə döyüşçülər var ki, batalyonun üzvlüyündə olub, amma əlində silah döyüşdüyü halda hələ də veteran statusu ala bilməyib:

“Qeydiyyat məsələsində problemin yaranmasının səbəblərindən biri isə Xocalının uzun müddət mühasirədə qalması, müvafiq dairələrlə əlaqələrinin kəsilməsi idi. Adı şəhid, veteran kimi siyahıya salınmayan insanları Xocalıdan olan sakinlər yaxşı tanıyır, bilirlər. Həmin şəxslər döyüşüb, şəhid düşüb, hər bir halda müharibədə iştirak ediblər. Ona görə qeyd etdiyimiz kimi, Müdafiə Nazirliyinin siyahısında olmayan könüllülərin araşdırılıb, qeydiyyata alınması, şəhid ailələri üçün müəyyən olunan güzəştlərdən yararlanması üçün işlər görülməlidir.

Prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq, şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. Bu yardım təxminən 6800-ə qədər şəhid ailəsini əhatə edir. Milli Məclisin ötən iclasında deputat həmkarlarımız bu məsələni də qaldırdılar ki, o zamanlar döyüşən könüllülərə və polis işçilərinə də müavinət verilsin. Parlamentin vitse-spikeri Oqtay Əsədov isə bununla bağlı komissiyanın yaradılmasını təklif etdi. Spiker məsələyə baxılması üçün tapşırıqlar veriləcəyini, müvafiq tədbirlərin görüləcəyini əlavə etdi. Hesab edirəm ki, bu problemin diqqətdə saxlanması, həmin şəxslərin müavinətlərlə təmin olunması vacibdir”.


Aysel Aslan

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir