Modern.az

İlin sonunadək 25 mindən çox müəllimin biliyi yoxlanılacaq - FOTO

İlin sonunadək 25 mindən çox müəllimin biliyi yoxlanılacaq - FOTO

18 Oktyabr 2018, 12:22

Cari ildə bu günündək 6 074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib. İlin sonunadək daha 25 182 nəfərin qiymətləndirilməsi planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.

N.Nağıyev bildirib ki, 2015-ci ildən bu günədək ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı 14,5 dəfə artıb.

 

Onun sözlərinə görə, 24 min müəllim dövlət nümunəvi sertifikat alıb.

N.Nağıyev vurğulayıb ki, 2015-ci ildə İTE (1755), ƏTM (284), GDU (123) kimi əlavə təhsil müəssisələrinin sifarişləri əsasında ümumilikdə 2 162 nəfər müdavim ixtisasartırma təlimlərinə cəlb olunub, Bakı şəhərində 2 039 və digər regionlarda 123 nəfərin yekun qiymətləndirmədə iştirakı təmin edilib:

"2016-cı ildə ixtisas sahəsi və innovasiyalar üzrə ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı artaraq Bakı şəhəri üzrə 3 264, regionlarda isə 6 191 olmaqla ümumilikdə 9 755 nəfərə çatıb. 2017-ci ildə Bakı şəhəri üzrə rəqəmlər 3 061, digər bölgələr üzrə 8 595 nəfərə çatıb".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir