Modern.az

DOST Agentliyinin mərkəzləri 5 kateqoriyada olacaq  

DOST Agentliyinin mərkəzləri 5 kateqoriyada olacaq   

18 Oktyabr 2018, 12:23

Prezident İlham Əliyev avqustun 9-da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərmana əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılıb.

Fərmanda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında iki ay müddətində DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin, qurumun nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və onların göstərilmə qaydasının, həmçinin DOST Agentliyinin və onun strukturuna daxil olan “DOST” mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsinə dair təklifləri hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin  (DOST Agentliyi) mərkəzləri 5 kateqoriyada olacaq.

Bakıda 5, bölgələrdə 30 mərkəz fəaliyyət göstərəcək. DOST-un brend kitabı, elektron formada xidmət üzrə pasport nümunəsi və s. hazırlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir