Modern.az

Soydaşımız Ukrayna Mədəniyyət Nazirliyi yanında mərkəzin Elmi Şurasının üzvü seçilib

Soydaşımız Ukrayna Mədəniyyət Nazirliyi yanında mərkəzin Elmi Şurasının üzvü seçilib

18 Oktyabr 2018, 12:35

Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, soydaşımız Arif Quliyev Ukrayna Mədəniyyət Nazirliyi yanında Mədəniyyət Araşdırmalar Mərkəzinin Elmi Şurasının üzvü seçilib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, şuranın üzvlüyünə Azərbaycan-Ukrayna arasında mədəni dialoqun inkişafında, multikultural ideyaların yayılmasında göstərdiyi xidmətə görə layiq bilinib.

 

Elmi Şuranın iclasında çıxış edən A.Quliyev bildirib ki, dünyada sülhün bərqərar olması üçün mədəniyyət diplomatiyasının inkişaf etdirilməsi vacibdir. Mədəniyyət diplomatiyasının dəyərləri əbədidir, ona görə də bu dəyərlər inkişaf etdirilməlidir.

 

O vurğulayıb ki, bu gün Azərbaycan dünyada yaranmış qlobal problemlərin həllinə kömək göstərən təşəbbüslərlə çıxış edir. Onlardan ən əhəmiyyətlisi dünya dövlətlərini mədəniyyətlərarası dialoqa, multikultural dəyərlərdən faydalanmağa dəvət etməsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir