Modern.az

“Turizm strategiyasının hazırlanmasında mənim 25 illik təcrübəmdən istifadə edilib”

“Turizm strategiyasının hazırlanmasında mənim 25 illik təcrübəmdən istifadə edilib”

Aktual

18 Oktyabr 2018, 12:48

“Turizm strategiyasının hazırlanmasında mənim 25 illik təcrübəmdən istifadə edilib”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Sengstschmidt deyib.

 

O bildirib ki, onlar eyni zamanda digər ölkələrin ən yaxşı təcrübələrinə nəzər salıblar.

 

“Biz çalışmışıq ki, strategiyamızı hazırlayanda digər ölkələrin buraxdığı səhvləri buraxmayaq”.

 

O deyib ki, araşdırmalar onların fəaliyyətinin əsasını təşkil edir. “Biz araşdırma aparmadan heç bir marketinq planımızı hazırlamırıq. Hətta bu o qədər əhəmiyyətlidir ki, bizim qurunda araşdırmalara məsul olan şöbə var”.

 

Bildirib ki, hazırda Dövlət Turizm Agentliyinin bütün fəaliyyətləri dövlət tərəfindən maliyyələşdirilir.

 

“Lakin nəzərə almaq lazımdır ki, bu maliyyənin əsas bir hissəsi məhz Azərbaycanın dünyada təbliğ olunmasına həsr olunacaq”.

İcraçı direktorun sözlərinə görə, strategiya hazırlanarkən qonşu ölkələrin təcrübəsinə nəzər salınıb. “Türkiyə və Gürcüstan bunlara misal ola bilər. Biz bu təcrübələrin ən yaxşı hissələrindən istifadə edirik. Çimərlik turizminə gəldikdə isə, biz nəzərə almalıyıq ki, qlobal rəqabətlilik mühitində Azərbaycan nə təqdim edə bilər. Çünki elə turistlərimiz var ki, onlar heç vaxt Türkiyəyə səyahət etməyib. Onların xəbəri yoxdur ki, Türkiyə çimərlik turizmi ilə çıxış edir. Biz də bu turistlər üçün Azərbaycanın təqdim edəcəyi turizm məhsullarını nəzərə almışıq”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı