Modern.az

Koçaryan siyasətə qayıtdı - Yeni partiya yaradır

Koçaryan siyasətə qayıtdı - Yeni partiya yaradır

Dünya

18 Oktyabr 2018, 12:53

Ermənistanın sabiq prezidenti Robert Koçaryan yeni siyasi partiya yaradır.

 

Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, o, yeni partiyasının müxalifətə keçəcəyini açıqlayıb.

 

“Partiyanın necə adlandırılacağının prinsipial fərqi yoxdur. Prinsipial olan adaptasiya edəcəyimiz yanaşmalardır. İndi müxalifət düşərgəsində ciddi boşluq görürəm və onu doldurmağa çalışıcam”.

 

Koçaryan hakimiyyət hərisi olmadığını və buna görə 10 il siyasətdən uzaq olduğunu açıqlayıb. Bununla belə, baş verən hadisələrə biganə qala bilmədiyini etiraf edib.

 

“Mənim partiyam yoxdur. Bu o deməkdir ki, yeni partiyanı sıfırdan yaratmalıyam. Həm də seçkilərə yenilənmiş, gənc komanda ilə getmək istərdim. Komanda toplamaq üçün adətən ilk addımın nə olur? Sən ətrafdakı, ünsiyyətdə olduğun insanlara baxırsan”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub