Modern.az

Münsiflərdən gözəllik yarışmasına qatılan qızlara əxlaqsız təkliflər

Münsiflərdən gözəllik yarışmasına qatılan qızlara əxlaqsız təkliflər

İqtisadiyyat

21 Oktyabr 2011, 17:24


Gözəllik yarışmasına qatılan 19 yaşlı ingilis qızı münsiflər heyətindən əxlaqsız təklif aldığı üçün yarışmadan qaçıb. Modern.az saytının xarici KIV-lərə istinadən verdiyi xəbərə görə, beynəlxalq yarışma olan “Miss Asiya” Sakit Okean gözəllik yarımasına qatılan Amu Villerton oteldə qaldığı üç gün ərzində münsiflərin bir-bir gəlib ona əxlaqsız təklif etdiklərini söyləyib. Onun sözlərinə görə münsiflər “mənimlə olsan, xalımı sənə verərəm” deyiblər.

Yarışmada iştirak edən qızların qalib olmaq üçün belə təklifləri qəbul etməyə məcbur olduğunu deyən Amu Villerton əlavə edib ki, yarışmanın sponsoru hətta ona çilpaq foto çəkdirməyi də təklif edib.
Bildirilir ki, Kosta-Rika və Qayananı təmsil edən iştirakçılar da yarışmadan qacıb, digər qızlar isə münsiflərin təklifini qəbul edib.
Yarışmanın birincisi isə hindistanlı Tanyi Singla olub. 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?