Modern.az

Nazirliyin əməkdaşları çökən yoldakı ağaclara qulluq etdi

Nazirliyin əməkdaşları çökən yoldakı ağaclara qulluq etdi

18 Oktyabr 2018, 14:51

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində 17 oktyabr 2018-ci il tarixində asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.  

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş  sahə torpaqla doldurulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir