Modern.az

Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə

Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə

Aktual

18 Oktyabr 2018, 15:00

Yunanıstanda keçirilən şahmat üzrə klublararası Avropa çempionatında VI tur başa çatıb.

 

Modern.az xəbər verir ki, kişilərdən ibarət "Odlar Yurdu" komandamız Slovakiyanın "Dunayska Streda" klubu ilə qarşılaşıb və 5,5:0,5 hesabı ilə qalib gəlib.

 

Şahmatçılarımızdan yalnız Vasif Durarbəyli heç-heçə edib.

 

Xalını doqquza yüksəldən komandamız bu nəticə ilə VI pilləyə yüksəlib. Bu gün komandamızı III pillədə olan Çexiya təmsilçisi "Novi Bor"la görüş gözləyir.

 

Qadınlardan ibarət "Odlar Yurdu" komandamız isə İsrailin "Beer Şeva" klubuna 3,5:0,5 hesabı ilə qalib gəlib. Yalnız ilk lövhədəki şahmatçımız Günay Məmmədzadə heç-heçə edib.

 

Zərif şahmatçılarımız bu gün V yer uğrunda görüşdə Ukraynanın Kiyev Şahmat Federasiyası kollektivi ilə qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır