Modern.az

Azərbaycanlı doktorant Rusiyada qalib oldu

Azərbaycanlı doktorant Rusiyada qalib oldu

18 Oktyabr 2018, 15:32

2018-ci ilin 9-14 oktyabr tarixlərində Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının Arxız qəsəbəsində PROnatiqliq “Multikultural mühitdə ictimai çıxışların, danışıqların, debatların aparılması sənəti” adlı beynəlxalq elm-təhsil forumu keçirilib.

Tədbir “İSKRA”-nın (Fəalların sosial-kreativ inkişafı İnstitutu) təşkilatçılığı və Qaraçay-Çərkəz Respublikasının turizm, kurort və gənclər siyasəti nazirliyinin dəstəyi və baş tutub.

Bu beynəlxalq forumda Rusiya Federasiyasının müxtəlif subyektlərdən, Amerika Birləşmiş Ştatlarından, Zambiyadan, Bolqarıstandan, Sloveniyadan, Tacikistandan, Serbiyadan, Sloveniyadan, Ukraynadan, Azərbaycandan və Ermənistandan ibarət 50 nümayəndə iştirak edib.

Layihə Qorçakov adına Fondun və Prezident Qrantları Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Bu layihə bir neçə mərhələdə reallaşıb – əvvəlcə iştirakçılar özündə müxtəlif formatlı (testlər, video materiallar, audio dərslər) nəzəri və praktiki tapşırıqları birləşdirən distant təlim kursu keçiblər .

 

Daha sonra qiyabi təhsili uğurla başa vuran seçilmiş iştirakçılar yeni biliklər qazanmaqla yanaşı növbəti mərhələyə keçid alıblar. Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının Arxız qəsəbəsində isə layihənin əyani mərhələsi keçirilib.

 

Burada iştirakçılar təhsil proqramlarının mənimsənilməsi üçün nəzərdə tutulmuş 4 günlük gücləndirilmiş kurs və praktiki məşğələlər (müzakirələr, danışıqlar, ictimai çıxışlar, interaktiv oyunlar və müxtəlif tapşırıqlar) keçiblər.

 

PROnatiqliq forumunda ekspertlər qismində kimi çıxış edən təlimçilər arasında Rusiyada natiqliklə bağlı yüzlərlə seminarlar təşkil edən, real siyasi danışıqların iştirakçıları, böyük diplomatik staja malik olan, dünyanın müxtəlif universitetlərində mühazirələr oxuyub, beynəlxalq səviyyəli natiqlər iştirak ediblər.

 

Parlament debatları formatında keçirilən “Qafqaz debatları” mərhələsində iştirakçılar iki mərhələdə keçirilən nəzəri təlimlərdə qazandıqları bilikləri əyani şəkildə nümayiş etdirmək üçün şansı əldə ediblər.

Debatlarda aktual mövzular müzakirə olunub. “Pensiya islahatı – dövlətin məcburi tədbiridir”, “ABŞ hökuməti Stand your ground qanununun geniş yayılmasından təəssüflənir”, “İnkişaf etməkdə olan ölkələr Qərb inkişaf yolunu seçməlidirlər” mövzuları xüsusilə diqqəti cəlb edib.

 

PROnatiqliq forumunun nəticəsində iştirakçılar natiqlik sənətinin sirrlərinə yiyələnmiş, konstruktiv dialoq meydançalarında öz məharətlərini nümayiş etdirmiş, natiqlik vərdişləri, debatlar və ictimai çıxışların peşəkarları ilə ünsiyyətdə olublar.

 

Auditoriyanın tərkibinin müxtəlif mədəni, milli, dini və digər xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunması, forumun əhəmiyyətini xüsusilə artıran amillər sırasına daxil olub.

 

Layihənin sonunda Natiqlərin Beynəlxalq İttifaqının əsasnaməsi yekdilliklə qəbul edilib. 

 

PROnatiqliq beynəlxalq elm-təhsil forumunda Azərbaycanı təmsil edən Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Hüseynov İlyas Vaqif oğlu layihənin “Ən yaxşı natiq” nominasında qalib gələrək müvafiq fərmanla və kubokla təltif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir