Modern.az

Polis soyğunçuluq edəni yaxaladı

Polis soyğunçuluq edəni yaxaladı

Aktual

18 Oktyabr 2018, 15:52

Paytaxtın Nizami rayonu ərazisində soyğunçuluq edən şəxs polis əməkdaşının sayıqlığı və çevikliyi sayəsində yaxalanıb.   

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Belə ki, oktyabrın 17-də axşam saatlarında Nizami RPİ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis baş serjantı Atakişi Quliyev xidmətdən kənar vaxtı Ə.Vəliyev küçəsindəki binaların birinin girişində bir nəfərin qadına zor tətbiq edərək pulqabısını götürüb aradan çıxdığını görüb, cəld onu təqib edərək saxlayıb.

 

Soyğunçuluqda şübhəli bilinən şəxs 25-ci Polis Şöbəsinə təhvil verilib.  

 

Araşdırmalarla onun Şabran rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Umayev olduğu, zorla həmin qadının içərisində pulu və sənədi olan pulqabısını əldə etdiyi müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar