Modern.az

Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib 

Badamdarda sürüşmə zonasında yeni çatlar əmələ gəlib 

18 Oktyabr 2018, 18:14

Badamdarda sürüşmə zonasında vəziyyət dəyişməz olaraq qalır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Modern.az-a verilən məlumata görə, Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən gərginlik qalmaqdadır. Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib.  Son Məlumata görə, sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?