Modern.az

Paytaxtda daha bir yerdə SÜRÜŞMƏ: İstinad divarı uçdu - FOTO+VİDEO

Paytaxtda daha bir yerdə SÜRÜŞMƏ: İstinad divarı uçdu - FOTO+VİDEO

18 Oktyabr 2018, 18:20

Bu gün Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilib.

 

Uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.

Qeyd edək ki, hazırda Badamdar və Bayıl qəsəbələrində də sürüşmə prosesi baş verir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir