Modern.az

Nazir: “İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına birdəfəlik ödəmə veriləcək”

Nazir: “İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına birdəfəlik ödəmə veriləcək”

Aktual

18 Oktyabr 2018, 18:49

"Şəhid ailələrinə veriləcək 11 000 manat birdəfəlik ödəmə ilə bağlı heç bir problem yoxdur".

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Cocuq Mərcanlıda jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə notarial qaydada sənədləşmə prosesi aparılır: "Vətəndaşların 85 faizi öz hüquqlarını təsdiq ediblər. Bu proses başa çatdıqdan sonra vəsaitlər birbaşa vətəndaşların bank və kart hesablarına köçürüləcək. Artıq Naxçıvanda bu prosesə başlanılıb. İlk sənədlər daxil olub. İlin sonuna kimi şəhid ailələrinin 50 faizinə yaxınına ödəniş ediləcək. Novbəti ilin ilk aylarına qədər bu proses tam başa çatacaq".

Nazir bildirib ki, əsas sığorta ödənişləri ilə bağlı şikayətlər var: "Bununla bağlı Dövlət Sığorta Şirkətinə məlumat göndərilib və bu barədə vətəndaşlara həm şifahi, həm də yazılı məlumat verilib. Daxil olan bütün şikayətlərin ətraflı araşdırılması üçün aidiyyəti qurumlara tapşırıqlar verilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi