Modern.az

Göyçayda kafedə qadın qarət olundu

Göyçayda kafedə qadın qarət olundu

18 Oktyabr 2018, 19:46

Göyçay rayonunda qadın kafedə qarət edilib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Potu kəndi ərazisindəki "Şam bağı" kafesində baş verib.

Kənd sakini, Abdullayev Fuad Fərhad oğlu həmin kafedə rayon sakini, Cəbrayılova Şəhla Səlm qızının şalvarının cibindən 420 manatını götürüb hadisə yerindən qaçıb.

 

Faktla bağlı qadın Göyçay rayon Polis Şöbəsinə müraciət edib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən F.Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub