Modern.az

Rəşid Mahmudov əməliyyat olundu  

Rəşid Mahmudov əməliyyat olundu   

Hadisə

18 Oktyabr 2018, 22:06

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun səhhətində problemlər yarandığı haqda xəbər vermişdik.

Modern.az xəbər verir ki, qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən Rəşid Mahmudov bu gün əməliyyat olunub.

Bu haqda onun həmkarı, Tibb Universitetinin müəllimi Əli Əliyev bildirib:


“Dostumuz, kolleqam, layiqli ziyalımız Rəşid Mahmudovun səhhəti ictimaiyyəti ciddi narahat edir. Bu gün Rəşid müəllim əməliyyat olunub. Uğurlu keçib. Sabah mütləq özü ilə görüşəcəyəm. Durumu yaxşıdır. İnşallah qısa müddətdə bərpa olunacaq. Narahatlığa əsas yoxdur”.

Hazırda reanimasiya şöbəsində olan 79 yaşlı R.Mahmudov mədəaltı vəzidən əməliyyat olunub.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir