Modern.az

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanı bombaladı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanı bombaladı

19 Oktyabr 2018, 00:13

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ər-Zor şəhərində dinc əhalini bombalayıb. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Suriyadan olan hərbi mənbə deyib.

 

Məlumatda zərbənin Əs-Susa kəndinə endirildiyi qeyd olunur: “Bəli, bu gün belə bir hadisə baş verib, koalisiya aviasiyası daima günahsız insanların evlərini bombalamaqla İŞİD-ə kömək edir".

 

Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir