Modern.az

Azərbaycanlı nazirlər Fransa bankı ilə 270 milyon dollarlıq kredit sazişi imzaladılar

Azərbaycanlı nazirlər Fransa bankı ilə 270 milyon dollarlıq kredit sazişi imzaladılar

8 Dekabr 2009, 20:15

Dekabrın 8-də Nəqliyyat Nazirliyində İsrailin ASHRA İxrac Kredit Agentliyinin sığortası ilə təmin edilmiş Kredit Sazişinin imzalanma mərasimi keçirilib. Modern.az xəbər verir ki, Azərbaycan hökuməti ilə Fransanın BNP Paribas Bankı arasında kredit sazişini Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov və maliyyə naziri Samir Şərifov imzalayıb. Kreditin məbləği 270 mln. ABŞ dolları dəyərindədir.

Kredit “Bakı-Şamaxı-Yevlax” avtomobil yolunun (M4-280 km), “Muğanlı-Yevlax” hissəsinin (156 km) yenidən qurulması məqsədilə ayrılıb. Kreditin müddəti 14 il, verilmə dövrü 4 ildir. Qaytarılma dövrü hər 6 aydan bir olmaqla 20 bərabər ödənişlər şəklində, kredit Sazişinin qüvvəyə minməsindən 54 ay sonra və ya son kredit vəsaitlərinin ayrılması tarixindən 6 ay sonra başlamaqla 10 ildir.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?