Modern.az

Avropa İttifaqı cinsi tarazlıq üçün Azərbaycana yardım göstərməyə hazırdır

Avropa İttifaqı cinsi tarazlıq üçün Azərbaycana yardım göstərməyə hazırdır

Aktual

19 Oktyabr 2018, 11:16

İnkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər fenomenlikdən əziyyət çəkəcək.

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının” layihə sənədinin təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib çıxarır. Bu səbəbdən problemin sürətlə həllini vacib sayan Aİ rəsmisi bildirib ki, problemin səbəbləri və çıxış yolu tapılmalıdır: "Problemi gizlətməyə ehtiyac yoxdur. Açıq-aşkar danışıb problemi hansı formada həll etməyin yollarını tapmaq vacibdir. Bir çoxları ailələrin oğlan uşaqlarını çox istəməsinə tarixdən misal gətirirlər. Əgər bir ölkə müasirliyə doğru gedirsə, niyə bu problem hələ də qalır?!"

K.Yankauskas problemin həlli və cinsi tarazlığın təmini üçün Avropa İttifaqının Azərbaycana yardım göstərməyə hazır olduğunu da söyləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır