Modern.az

2019-cu ilin büdcə GƏLİRLƏRİXƏRCLƏRİ bu qədər olacaq - ÖZƏL

2019-cu ilin büdcə GƏLİRLƏRİ və XƏRCLƏRİ bu qədər olacaq - ÖZƏL

Parlament

19 Oktyabr 2018, 11:18

2019-cu ilin dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 917 milyon 500 min manat, xərcləri isə 24 milyard 780 milyon manat proqnozlaşdırılıb.

Bu barədə "2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.


Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri ilkin olaraq 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat məbləğində təsdiqlənmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?