Modern.az

Hökumət yaşayış minimumunun məbləğini ARTIRIR  

Hökumət yaşayış minimumunun məbləğini ARTIRIR   

İqtisadiyyat

19 Oktyabr 2018, 12:25

Azərbaycanda 2019-cu il üçün yaşayış minimumunun məbləği açıqlanıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə " 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsində qeyd edilib.

Sənəddə göstərilib ki, 2019-cu  ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.

 

Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.

 

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?