Modern.az

İnterpol-un keçmiş rəhbəri ölmüş ola bilər

İnterpol-un keçmiş rəhbəri ölmüş ola bilər

19 Oktyabr 2018, 12:47

İnterpolun keçmiş rəhbəri Men Hunveyin həyat yoldaşı Qreys Hunvey ərinin öldürülə biləcəyini deyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, korrupsiya ittihamı ilə Çində saxlanılan keçmiş rəhbərin sağ olub-olmaması barədə heç bir məlumat yoxdur.

“Mənim fikrimcə, bu siyasi təqiblərdir. Həm də onun sağ olduğuna inamım güclü deyil”-deyə Qreys Hunvey deyib.

 

Men Hunvey sentyabrın 29-da Fransanı tərk edərək Çinə getmişdi əv orada yerli orqanlar tərəfindən həbs olunmuşdu.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər