16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Nazirlik Prezidentin tapşırığı ilə bağlı səfərbər olunub - Kollegiya iclası keçirildi
Nazirlik Prezidentin tapşırığı ilə bağlı səfərbər olunub - Kollegiya iclası keçirildi
19.10.2018, 16:13

Cari ilin ötən dövrünü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmək, məşğulluq, sosial təminat sistemi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu sahədə əhaliyə xidmətlərin innovativ əsaslar və vahid platforma üzərində, açıq iş şəraitini nəzərdə tutan tam şəffaf yeni modelin qurulmasına yönələn köklü islahatlara keçid mərhələsi kimi xarakterizə etmək olar.

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.


Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əmək və sosial müdafiə sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələr və tapşırıqlar diqqətə çatdırılıb.

S.Babayev bildirib ki, iclasda dövlət başçısı sosial sahədə ciddi islahatlar aparıldığını qeyd edərək “Nazirliyin yeni rəhbərliyinə mənim tərəfimdən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin”, deyə vurğulayıb. Bu mühüm tapşırığın yüksək səviyyədə icrası istiqamətində nazirlik tərəfindən bütün səylər səfərbər olunub, mövcud resurslardan da istifadə olunmaqla ən müasir innovasiyaların geniş tətbiqi  şəraitində konkret addımlar atılır.


Nazir diqqətə çatdırıb ki, Prezidentin 9 avqust 2018-ci il tarixli Fərmanına uyğun olaraq nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin, eyni zamanda,  5 sentyabr 2018-ci il tarixli Fərmanla “e-sosial” internet portalının yaradılması üçün artıq bir çox mühüm işlərin görülməsi təmin olunub. Aidiyyəti hüquqi bazanın formalaşdırılması üçün normativ hüquqi aktların layihələri və təkliflər, DOST layihəsinin fəaliyyət strukturu, konsepsiyası, operativ iş rejiminin modeli, proseslərin icra mexanizmi, yol xəritəsi, elektron formada xidmətlər üzrə pasport nümunələri və s. hazırlanıb. Yeni əsasda “bir pəncərə”dən nazirlik üzrə 124 növdə şəffaf və çevik xidmətlərin göstərilməsi ilə bağlı praktik iş mexanizmləri müəyyən olunub.


Özünüməşğulluq proqramı üzrə işlərin normal qaydada davam etdirildiyini vurğulayan nazir bu il proqram çərçivəsində 7 minədək şəxsin kiçik ailə təsərrüfatlarının yaradılmasının nəzərdə tutulduğunu və artıq bu prosesə başlandığını qeyd edib. Nazir həmçinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə 125 ailə üçün bağçılıq təsərrüfatının yaradılmasına başlandığını deyib. O bildirib ki, özünüməşğulluq proqramının icrasında ilk növbədə şəffaflığın təmin olunması və proqrama daha çox sosial cəhətdən həssas qruplara aid insanların cəlb olunması diqqətdə saxlanılır. Eyni zamanda, əsas məqsəd aztəminatlı ailələrin özünüməşğulluq proqramı vasitəsilə sosial yardım proqramından asılılığını aradan qaldırmaq, onların kiçik sahibkarlığa çıxışına imkan yaratmaqdır.


S.Babayev Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi üçün informasiya texnologiyaları əsasında tam şəffaf iş mexanizminin hazırlandığını, ödəmələrin verilməsi prosesinin ədalətli icrasının təmin ediləcəyini deyib. Nazir bildirib ki, cari ilin may ayının əvvəlindən nazirliyin ayrı-ayrı fəaliyyət sahələri üzrə yaradılan işçi qrupları tərəfindən hazırlanan təkliflər əsasında sosial yardım, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sistemlərinin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, bu sahələrdə müasir və şəffaf xidmətlər şəbəkəsinin qurulması üçün müvafiq işlər aparılır.

 
İclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəis müavini Gulnarə Hacıyeva hesabat məruzələri ilə çıxış ediblər.


Çıxışlar zamanı cari ilin 9 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləğində ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğində 9 faiz artım qeydə alındığı, pensiyaların maliyyələşməsinə 7,6 faiz çox vəsait yönəldildiyi, DSMF-nin gəlirlərində 16,07 faiz, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz, qeyri-büdcə sektoru üzrə 9 faizə yaxın artımın olduğu diqqətə çatdırılıb. Cari ilin 1 oktyabr tarixinə orta hesabla 50,2 min ailənin (200,2 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edildiyi, hər ailəyə ayda orta hesabla 165,4 manat yardım ödənildiyi qeyd olunub.


Bildirilib ki, hesabat dövründə 265 nəfər müharibə əlilinə minik avtomobili verilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən 35 nəfəri mənzillə təmin olunub və ilin sonunadək bu göstərici 500 nəfərə çatacaq. İmtiyazlı şəxslərə 5054 ədəd sanator-kurort putyovkası (yollayış) və istirahət mərkəzlərinə göndəriş təqdim olunub. Nazirliyin məşğulluq orqanları tərəfindən 44,8 min nəfər münasib işlərlə, 865 nəfər ödənişli ictimai işlərlə təmin edilib, 79,7 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Ümumilikdə nazirliyin xətti ilə 2075 nəfər  peşə hazırlığına cəlb olunub, 1723 nəfərə işsizliyə görə sığorta ödənişi təyin edilib. Elektron sistemdə qeydiyyata alınmış əmək müqavilələrinin sayında 59,3 min artım qeydə alınıb. Əmək hüquqlarının müdafiəsi üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan bütün müraciətlərin (4,4 min ərizə) obyektiv araşdırılmaqla, nəticəsinə  uyğun tədbirlər görülüb, aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunauyğun tədbirlər görülüb. O cümlədən işəgötürənlər tərəfindən 105,7 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, işdən qeyri-qanunu azad olunmuş 7 nəfərin yenidən işinə bərpa edilməsi təmin olunub.


İclasda digər fəaliyyət istiqamətlərində aparılan işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunmaqla, fəaliyyət sahələrində yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlar diqqətə çatdırılıb. S.Babayev fəaliyyət sahələrində aparılan islahatlarla, görülən işlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Müsavat başqanı Türkiyədə müalicə alır
16.01.2019, 22:36

Müsavat başqanı Türkiyədə müalicə alır

Tbilisidəki partlayışda 3 nəfər öldü
16.01.2019, 22:19

Tbilisidəki partlayışda 3 nəfər öldü

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
16.01.2019, 22:03

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO
16.01.2019, 21:53

Qasırğa Gürcüstanda ciddi fəsadlar törətdi - FOTO

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi
16.01.2019, 21:42

“Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək
16.01.2019, 21:24

Türkiyə Rusiya prezidentləri yenidən bir araya gələcək

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO
16.01.2019, 21:10

Sumqayıtda 24 yaşlı gənc itkin düşüb - FOTO

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi
16.01.2019, 20:54

Türkiyədə 80 minədək hərbçi hazır vəziyyətə gətirildi

Azərbaycanlı “donuz qripi”nə yoluxdu
16.01.2019, 20:43

Azərbaycanlı “donuz qripi”nə yoluxdu

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi
16.01.2019, 20:28

Dəmiryolunda təcili yardım lokomotivi istifadəyə verildi

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur
16.01.2019, 20:16

Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ
16.01.2019, 20:02

Seysmoloji Xidmət zəlzələ olacağı ilə bağlı məlumatlara CAVAB VERDİ

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.2019, 19:48

Nazirliyin strukturu və idarə edilməsi təkmilləşdirilir

Ermənistanda sığorta agentləri də etiraza qalxdı
16.01.2019, 19:37

Ermənistanda sığorta agentləri də etiraza qalxdı

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı
16.01.2019, 19:25

İranla Azərbaycan arasında hərbi sahədə protokol imzalandı

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək
16.01.2019, 19:14

Xarici işlər nazirləri fevralda yenidən görüşəcək

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib
16.01.2019, 19:10

SOCAR-ın 2500-ə yaxın neftçini dənizdən təxliyyə edib

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 
16.01.2019, 19:02

Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb 

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub
16.01.2019, 18:50

Ötən il 22 dini icmanın qeydiyyatına imtina olunub

Agentlik 50-ə yaxın obyekti cərimələdi
16.01.2019, 18:31

Agentlik 50-ə yaxın obyekti cərimələdi

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi
16.01.2019, 18:24

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi

Ağstafada növbəti hesabat yığıncağı keçirildi
16.01.2019, 18:23

Ağstafada növbəti hesabat yığıncağı keçirildi

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi
16.01.2019, 18:20

Mədəniyyət Nazirliyi də hava şəraiti ilə bağlı hərəkətə keçdi

Ermənistanda baş nazirin müavinləri təyin olundu
16.01.2019, 18:11

Ermənistanda baş nazirin müavinləri təyin olundu

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək   
16.01.2019, 17:54

Coğrafiya İnstitutu: Azərbaycandan siklon keçəcək  

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı
16.01.2019, 17:49

“Müəllimə dedi ki, sinifdə qızlar var, o kəlməni işlətməyin” - Mübariz İbrahimovun sinif yoldaşı

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT
16.01.2019, 17:47

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi   
16.01.2019, 17:43

Kəmaləddin Heydərov nazirliyi gücləndirilmiş rejimə keçirdi  

AMEA-da üç nəfərə yeni vəzifə verildi   
16.01.2019, 17:39

AMEA-da üç nəfərə yeni vəzifə verildi  

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb
16.01.2019, 17:30

Rövşən Rzayev Sabunçuda köçkünlərlə görüşüb

Manat sabah bu məzənnədə olacaq   
16.01.2019, 17:29

Manat sabah bu məzənnədə olacaq  

Rektor universitetdə imtahanları dayandırdı   
16.01.2019, 17:24

Rektor universitetdə imtahanları dayandırdı  

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi
16.01.2019, 17:17

Daha bir nazirlik hazırlıq vəziyyətinə gətirildi

Zakir Həsənov Milli Orduya göstəriş verdi   
16.01.2019, 17:06

Zakir Həsənov Milli Orduya göstəriş verdi  

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”
16.01.2019, 17:05

“ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir”

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”   
16.01.2019, 17:03

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”  

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib
16.01.2019, 17:00

Ramiz Mehdiyevin Qriqorian kilsəsi haqda kitabına təqdimat keçirilib

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi
16.01.2019, 16:49

Nazirdən ciddi kadr dəyişikliyi - İri şəhərlərə polis rəisi təyin edildi

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər
16.01.2019, 16:46

“UNEC-100” İnkişaf Strategiyası: əsas hədəflər

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı
16.01.2019, 16:37

Türkiyə ilə sərhəddə partlayış: 9 ölü, 20 yaralı

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 
16.01.2019, 16:36

“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi 

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı
16.01.2019, 16:33

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı

Turizm Agentliyi: Səfərləri təxirə salın! - XƏBƏRDARLIQ
16.01.2019, 16:26

Turizm Agentliyi: Səfərləri təxirə salın! - XƏBƏRDARLIQ

Ağalar Bayramova niyə fəxri ad verilmədi…   
16.01.2019, 16:18

Ağalar Bayramova niyə fəxri ad verilmədi…  

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi
16.01.2019, 16:17

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi

Vestel yeni konseptlə Bakıda yeni ünvanda 
16.01.2019, 16:13

Vestel yeni konseptlə Bakıda yeni ünvanda 

Azercell-in xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında
16.01.2019, 16:09

Azercell-in xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında

“Azərsu” da gücləndirilmiş rejimə keçdi
16.01.2019, 16:03

“Azərsu” da gücləndirilmiş rejimə keçdi

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi   
16.01.2019, 15:46

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi  

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ
16.01.2019, 15:44

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

ARXİV