Modern.az

Ünvanlı sosial yardım alanların sayı açıqlandı

Ünvanlı sosial yardım alanların sayı açıqlandı

Aktual

19 Oktyabr 2018, 17:06

"2018-ci ilin 1 oktyabr tarixinə orta hesabla 50,2 min ailə (200,2 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilib".

 

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci ilin 9 ayında görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli kollegiya iclasında bildirilib.

 

İclasda hər ailəyə ayda orta hesabla 165,4 manat yardım ödənildiyi qeyd olunub. 

 

Həmçinin cari ilin 9 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləğində ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğində 9 faiz artım qeydə alındığı, pensiyaların maliyyələşməsinə 7,6 faiz çox vəsait yönəldildiyi, DSMF-nin gəlirlərində 16,07 faiz, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz, qeyri-büdcə sektoru üzrə 9 faizə yaxın artımın olduğu diqqətə çatdırılıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır