Modern.az

Bakının bu hissəsində yol bağlanacaq

Bakının bu hissəsində yol bağlanacaq

Aktual

19 Oktyabr 2018, 17:05

20 oktyabr 2018-ci il tarixdə saat 8-00-dan 20:00-dək Bakı şəhəri, Xəzər rayonu, Zağulba prospektinin 28-ci km-də (Mərdəkan körpüsündən Zağulba istiqamətində) aparılacaq yol-təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, Zağulba istiqamətində hərəkət edən sürücülər Mərdəkan körpüsündən istifadə etməklə körpüdən sonra yol ayrıcında müvəqqəti təşkil ediləcək yol hissəsindən geriyə dönüş etməklə Zağulba istiqamətində hərəkətlərinə davam edə biləcəklər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmalarını xahiş edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı