Modern.az

Nazir müavini Gülməmməd Cavadova Prezident təqaüdü ayrıldı

Nazir müavini Gülməmməd Cavadova Prezident təqaüdü ayrıldı

19 Oktyabr 2018, 18:08

Prezident İlham Əliyev Gülməmməd Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Gülməmməd Süleyman oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Qeyd edək ki, Gülməmməd Cavadov energetika nazirinin müavinidir.


O, 1949-cu ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət Neft Akademiyasının informasiya və ölçü cihazları fakultəsini bitirib.

1972-1992-ci illərdə Elektrik Hesablama Maşınları Zavodunda mühəndis-texnoloq vəzifəsindən direktor vəzifəsinədək yüksəlib.

1993-1999-cu illərdə Peyk zavodunun direktor müavini, direktoru vəzifələrində çalışıb.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Dövlət Material Ehtiyatları Komitəsinin sədri olub.
2006-cı ildən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır.
Ailəlidir, bir övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir