Modern.az

Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı

Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı

19 Oktyabr 2018, 18:14

Bakıda qaz xəttində qəza hadisəsi baş verib.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonu ərazisində 160 mm-lik yeraltı polietilin qaz xəttində bir-neçə yerdə qaz sızması aşkarlanıb.

Hadisə nəticəsində Xətai rayonunun Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, İnqilab İsmayılov küçələri və "Neapol" dairəsinə qaz verilişi dayandırılıb.

Hazırda sızmanın qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Bildirilib ki, təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir