Modern.az

Nazir: “Star” NEZ Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq

Nazir: “Star” NEZ Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq

19 Oktyabr 2018, 19:11

Star” neft emalı zavodu (NEZ) Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq.

Modern.az-ın  məlumatına görə, bunu zavodun açılış mərasimi zamanı Türkiyənin Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak deyib.

“Star” neft emalı zavodunun Türkiyə üçün əhəmiyyətini vurğulayan nazir bildirib ki, bu, ölkənin neft-kimya sənayesinin inkişafına böyük töhfə verəcək.

Nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı dostluq və birlik bütün dünya üçün nümunə ola bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub