Modern.az

Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Aktual

19 Oktyabr 2018, 20:05

Gəncədə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları əməliyyat həyata keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunan 1974-cü il təvəllüdlü Elman Həsənovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman yaşayış evinin yataq otağında 3 ədəd ağ sintetik kisədə, ümumi çəkisi 25 kq 850 qram olan marixuana, 1,391 qram çəkidə küstar üsulla hazırlanan həşiş qətranı və digər narkotik tərkibli toxumlar aşkarlanaraq, maddi sübut kimi götürülüb.

 

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?