Arxiv
19 Oktyabr 2018, 20:26 | AKTUAL
Qazaxıstanla mütəşəkkil cinayətkarlıq sahəsində mübarizə müzakirə edilib

Qazaxıstanın daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Janat Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun dəvəti ilə ölkəmizə səfərə gəlib. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Vilayət Eyvazov qazaxıstanlı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Qonaqları salamlayan V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdikləri strategiyaya, eləcə də daxili işlər nazirləri - Ramil Usubov ilə Kalmuxanbet Qasumovun dostluq və işgüzar münasibətlərinə uyğun olaraq  Azərbaycan və Qazaxıstan DİN-ləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib.

 

O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

 

 Söhbət zamanı qonaqlara müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat verilib, sabitliyin yaradılması və onun dönməzliyinin təmini, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində görülən işlərdən  danışılıb, mövcud problemlərdən söz açılıb.

 

Polis general-mayoru Janat Süleymanov səmimi qəbula, yüksək qonaqpərvərliyə və əhatəli məlumata görə təşəkkürünü bildirib, Azərbaycan vətəndaşları ilə bərabər respublikamızda əcnəbilərin də təhlükəsiz yaşayıb-işləmələri üçün yaradılan şəraitdən məmnunluğunu, təmsil etdiyi qurumun əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu, bu istiqamətdə səylərini əsirgəməyəcəklərini və səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini bildirib.

 

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

 

Qazaxıstan DİN-in nümayəndə heyəti Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qəbulunda olub.

 

İki gün davam edəcək səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” və “Təhlükəsiz şəhər” xidmətlərinin, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin fəaliyyəti ilə yaxından tanış olacaqlar.    

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Belə halların olması normaldır” - Qəzaya düşən pilot 26 Aprel 2019, 19:44 Türkiyədə fabrikdə partlayış, ölü və yaralılar var 26 Aprel 2019, 19:35  İlham Əliyev  dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib 26 Aprel 2019, 19:24 Havada olan təyyarədən özünü atmaq istədi  26 Aprel 2019, 19:14 İnam Kərimov: Kooperativlərin yaradılması kənd təsərrüfatının inkişafı üçün çox vacibdir 26 Aprel 2019, 19:06 3 aylıq körpə  həkim  səhlənkarlığı nəticəsində öldü - Bakıda 26 Aprel 2019, 18:57 Formula 1-in ikinci sərbəst yürüşü başa çatdı 26 Aprel 2019, 18:50 İkinci sərbəst yürüşün qalibi bəlli oldu 26 Aprel 2019, 18:42 Qadın özünü qayadan ataraq intihar edib 26 Aprel 2019, 18:42 “Formula 1”: Rusiyalı pilotun maşını yanıb 26 Aprel 2019, 18:31 Rusiyada raket zavodu yanır - VİDEO 26 Aprel 2019, 18:25 Jurnalistika üzrə magistraturaya 16 nəfər sənəd verib 26 Aprel 2019, 18:16 Azərbaycan ilin sonuna qədər Rusiyaya avtomobil ixrac edəcək 26 Aprel 2019, 18:07 Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb 26 Aprel 2019, 17:56 Mehriban Əliyeva İçərişəhərə gəldi - Hadisələrlə yerində tanış oldu 26 Aprel 2019, 17:49 Bakıda 20 avtobus marşrutunun yolu dəyişdi - SİYAHI 26 Aprel 2019, 17:37 Formula 1 pilotu da qəzaya düşdü 26 Aprel 2019, 17:35 İƏT Bakı Mərkəzi Kazanda İƏT Gənc İş Adamlarının Forumunu keçirdi 26 Aprel 2019, 17:35 Formula 2-nin sıralanma turunda qalib bəlli oldu 26 Aprel 2019, 17:32 TEDxUNEC konfransı: “Azərbaycan. Lider. Tərəqqi” - MÜSAHİBƏ 26 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 26 Aprel 2019, 17:25 Fazil Mustafadan Fəzail Ağamalıya CAVAB: “Populizmdən yararlanmaq fikrindədir” 26 Aprel 2019, 17:18 Nazirlik Qaxda sayca 3-cü kooperativ yaratdı 26 Aprel 2019, 17:13 İlham Əliyev Niderland Kralına təbrik məktubu göndərdi 26 Aprel 2019, 17:13 Azərbaycana Rusiyadan quş əti gətirilməsinə məhdudiyyət qoyuldu 26 Aprel 2019, 17:10 Azərbaycanda ilkin əlillik təyinatları 49% azalıb 26 Aprel 2019, 17:09 İlham Əliyev provaslavları Pasxa bayramı ilə bağlı təbrik etdi 26 Aprel 2019, 17:07 Fəzail Ağamalı qaz və işıq limiti ilə bağlı iki deputatı “VURDU” 26 Aprel 2019, 17:05 Sabiq icra başçısı məhkəmə zalından azadlığa buraxılıb 26 Aprel 2019, 17:03 Azərbaycanlı rəssamın əsərinin dəyəri 500 min manat olaraq qiymətləndirilir 26 Aprel 2019, 17:01 Formula 1-də ikinci sərbəst yürüş başladı 26 Aprel 2019, 17:00 İlham Əliyevin “Bir kəmər, bir yol” Forumundakı ÇIXIŞI: “Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir” 26 Aprel 2019, 16:55 Yazıçı Mir Cəlal Paşayevin 111 illiyi Gəncədə anıldı 26 Aprel 2019, 16:54 Ermənistanın müdafiə naziri: “Sərhəddə vəziyyət stabildir” 26 Aprel 2019, 16:51  “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi”nin təqdimatı oldu 26 Aprel 2019, 16:49