Modern.az

Naxçıvanda üçüncü  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək

Naxçıvanda üçüncü  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək

Aktual

19 Oktyabr 2018, 21:04

Sabah Naxçıvanda üçüncü  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək. Modern.az xəbər verir ki, oktyabrın 20-si saat 11:00-da açılışı baş tutacaq festival 2 gün davam edəcək. 3-cü dəfədir baş tutacaq “Arıçılıq məhsulları-bal” festivalı qədim Naxçıvanqalada təşkil olunacaq.

 

Qədim zamanlardan arıçılığın inkişaf etdiyi Naxçıvanda bu sahə bu gün də dövlət dəstəyi ilə inkişaf etdirilir. Hazırda Naxçıvan Muxtar Respublikasında arı ailələrinin sayı 71 mindən çoxdur. Sabahkı festivalda isə 300 arıçının iştirakı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır