Modern.az

Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub

Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub

19 Oktyabr 2018, 21:24

Tovuz rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimlikləri məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Bunlar sərnişinlər - Tovuz rayonunun Düz Cırdaxan kənd sakinləri, 2002-ci il təvəllüdlü Nərmin Seymur qızı Mustafayeva, 1956-cı il təvəllüdlü Elman Əsgər oğlu Hümbətov, 1990-cı il təvəllüdlü Elşən Sultanov və 1961-ci il təvəllüdlü Həqiqət Məhəmməd qızı Süleymanovadır. Hazırda müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralıların xəstəxanada müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü də xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?