Modern.az

Əfsanəvi sahə müvəkkilinin xatirəsi əbədiləşdirilir

Əfsanəvi sahə müvəkkilinin xatirəsi əbədiləşdirilir

19 Oktyabr 2018, 21:37

Rusiya Federasiyasının Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində əfsanəvi sahə müvəkkili Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək. Modern.az Udmurtiya Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, bu təşəbbüsü abidələrin mühafizəsi üzrə komissiyanın iclasında polis polkovniki Dmitri Qriqoryev irəli sürüb. Memorial lövhənin şəhərin Petrov küçəsi 4 ünvanında yerləşən polis şöbəsinin binasında qoyulması nəzərdə tutulub. Açılış mərasimi isə noyabr ayında keçiriləcək.

 

Tofiq Kərimov 1951-ci ildə Azərbaycanın Cəlilabad rayonunun Bozayran kəndində anadan olub. Hərbi xidməti başa vurduqdan sonra Udmurtiyaya gəlib və 36 il milisdə işləyib. O, İjevskin Ustinov rayon daxili işlər şöbəsinin sahə müvəkkili olub və podpolkovnik rütbəsinədək yüksəlib.

 

Fenomenal yaddaşa malik olan Tofiq Kərimov xidmət etdiyi rayon sakinlərinin bir neçə nəslini tanıyıb. O, Udmurtiyanın Əməkdar Jurnalisti və Rusiya Yazıçılar İttifaqının üzvü olub. 2010-cu ildə təqaüdə çıxan T.Kərimov uzunsürən xəstəlikdən sonra 2013-cü ildə vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir