Modern.az

Şura 2019-cu ilin qrant müsabiqəsinin mövzularını təsdiq etdi

Şura 2019-cu ilin qrant müsabiqəsinin mövzularını təsdiq etdi

19 Oktyabr 2018, 22:02

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2018-ci ilin üçüncü rübündəki fəaliyyəti və 2019-cu il qrant müsabiqəsinin mövzuları barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

 

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2018-ci ilin üçüncü rübündəki fəaliyyəti haqqında ətraflı məlumat verib.

 

Katibliyin icraçı direktoru Şuranın elektron xidmətlərinin təkmilləşdirilməsi sahəsində ötən rüb ərzində görülən işlər barədə də danışıb. F. Qurbanov 2019-cu il qrant müsabiqəsinin nəzərdə tutulan mövzuları barədə Şura üzvlərini məlumatlandırıb.

 

Şura üzvü Əliməmməd Nuriyev, Sahib Məmmədov, İlqar Məmmədov, Şahin İsmayılov, Nərgiz Xələf, Anar Xəlilov və Emin Həsənli çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.

 

Müzakirələrdən sonra gündılikdə olan məsələlərə bağlı müvafiq qərarlar qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir