24 mart 2019, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Kişilərin sipəri  
Kişilərin sipəri  
20.10.2018, 13:32

 Hekayələr          

                          

                                                                        Kişilərin sipəri  

Son vaxtlarda ər-arvad süpürləşmədikləri gün olmurdu. Övrəti az qalırdı onunla qurşaq tuta. Qonşuları da dəng eləmişdilər. O, birini deyəndə, arvadı nəinki iki, hətta, beşini döşəyərdi. Dil boğaza qoymurdu. Kişi cana yığılmışdı. Əvvəllər həyat yoldaşı heç vaxt özünü belə aparmazdı, sakit qadındı. Onun indiki halına lap məəttəl qalmışdı. Yazıq,  təzəcə birinci sinfə  gedən oğullarının halına. Qalmışdı təkcənə ortalıqda. Körpə canıynan onları sakitləşdirməkdən təngə gəlmişdi. Bilmirdi, haranın külünü başına tökə. Tifil qafa sındırmaqdan qısa müddətdə əməlli-başlı “ağsaqqallaşmışdı”. Qonşular uşağın halına acısalar da, dil gəl, əllərindən heç nə gəlmirdi. Onların məsləhətinə məhəl qoyan yoxdu. Çax-çax baş ağrıtsa da, dəyirman öz işindəydi.

         Yenə dünya müharibəsiydi. Naəlac uşağın çabaları da bir nəticə vermirdi. Balaca birtəhər atasını yanlayıb kənara çəkdi. Dövlət sirri açırmış kimi yavaşcana onun qulağına pıçıldadı:

-      Sən daha heç vaxt məvacibini ona vermə. Yadındadı, qabaqlar pulu özün xərcləyəndə, o fagırın heç cınqırı belə çıxmazdı…

        Anındaca atanı soyuq tər basdı. Oğlunu var qüvvəsi ilə bağrına sıxdı.

        O gündən onların ailəsində əmin-amanlıqdı. Sanki, qurbağa gölünə daş atmışdın. Qonşuların da qulağı dincdi.      

 

                                                                         Halallıq       

Məntiq dərsiydi. Müəllim güclüydü deyənə hamıda bu fənnə dərin maraq oyatmışdı. Sinfin yarıdan çoxu əlaçıydı. Şagirdlər sualı sual dalınca yağdırardılar. Dərsə cavab vermək üstə də daim “qırğındı”. Şagirdlərin aramsız göydə pərvaz edən əlləri möhkəmcənə əsən küləyin yırğaladığı ağac budaqlarına bənzəyirdi. Müəllimləri bundan olmazın həzz alardı. Kimsənin xətrinə dəyməzdi. Bütün cəhdlərinə baxmayaraq tənbəlliyindən əl çəkməyən bircənə şagirdi vardı.  Sinifdə qalmasın deyə, ondan da tramvay altında qalan “3”ü əsirgəməzdi.

     Növbəti dərs də maraqlı keçirdi. Söhbət irqlərdən gedirdi. Həmişəki kimi sual yağışı ara vermirdi. Heç kəsin gözləmədiyi halda bu dəfə susqun şagird də əlini qaldırdı. Hamının, ən əsası da, müəllimin gözlərindən qığılcım saçıldı.  Sinfi maraq götürdü. Başda müəllimləri olmaqla hamı dəlidən doğru xəbərin hayındaydı.  Tezcənə sözü ona verdilər.

-      Müəllim, təbiət minbir rəngdədir. Bəs,  nədən, Allah baba bizi cəmi üçcə rəngə, lap olsun,  beş rəngə boyayıb; ağ, qara, sarı, qırmızı və qəhvəyi... Uzaqbaşı, eyni dərililərin rəngində azacıq çalar fərqi var?

          Dil-dil ötən müəllim bu gözlənilməz sualdan bir anlığa karıxdı. Tam səssizlikdi. Milçək uçsaydı, vızıltısı eşidilərdi. Müəllimin dadına bu dəfə Tanrı yetdi. Tənəffüsün vədəsiydi, zəng çalındı.  Sinfi tərk edən məntiq müəllimi şagirdinin qarşısında borclu qalmadı:

-      İndiyəcən sənə yazdığım bütün “3”lər halalın olsun. 

 

  

                                                                Ağsaqqal işığında

Ucaboylu, şümal qamətli, ağayana görkəmli ağsaqqal 90-nı haqlasa da, yerişi hələ də şax-şuxdu. İşıqforda sarı işıq yerini qırmızı işığa versə də, o, heç nə olmayıbmış təkin piyada zolağına adladı. Bir addımlıqdakı avtomobili yerindən tərpədən sürücü son anda əyləci basıb, güc-bəla qəzadan qurtula bildi. Əsəbindən yay kimi dartılan sürücü avtomobilinin pəncərəsindən başını çıxarıb piyadaya çımxırdı:

-      Ay, Allah saxlamış, bir işıqfora bax da, 21-ci əsrdi ey, nə vaxt siz qayda-qanun tanıyacaqsınız? Az qala özünü də, məni də bədbəxt eləmişdin?

       Yaşlı kişi cıqqa da olsun  tövrünü pozmadan  ona sarı çəpəki nəzər yetirdi:

-      İstəyir, lap 24-cü əsr olsun...Qulaqlarını geniş aç, yadında möhkəm-möhkəm saxla; Azərbaycanda bütün işıqforlarda həmişə bircə işıq yanır, o da ağsaqqal işığı.

        Karıxan sürücü eşitdiyindən yerindəcə heykələ döndü. Bədahətən ətrafa boylandı. Yaşıl işığa baxmayaraq bütün sürücülər bir nəfər təkin yerindəcə sayırdı, yenidən qırmızı işıq yanmaq üzrə olsa da.

        Ağsaqqal havalı yerişi ilə yolu keçməkdəydi. Sürücü tələm-tələsik maşınından düşüb ona sarı götürüldü. İkiqat əyilərək təzim edib, üzrxahlığını çatdırdı:

-      Ağsaqqal, bağışla, mən qış yuxusunda yatıbmışam. Sən demə, hələ də yol hərəkəti qaydalarını axıra qədər əxz edə bilməmişəmmiş.  Söz, bir daha təkrarlanmaz.

      Müəllimsayağı onu başdan ayağa süzən ağsaqqal pencəyinin yaxalığına  yüngülcə əl gəzdirib,  amiranə yerişinə bir az da duz-istiot qatdı.

  

Azad Müzəffərli

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq
24.03.2019, 13:20

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq

Çin Pakistana 2,1 milyard dollar kredit verir
24.03.2019, 13:12

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Zakir Həsənov ABŞ-a gedir
24.03.2019, 13:03

Zakir Həsənov ABŞ-a gedir

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 
24.03.2019, 12:10

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24.03.2019, 11:43

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019, 11:29

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı
24.03.2019, 11:04

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı

ABŞ-da atışma: 1 ölü, 3 yaralı
24.03.2019, 10:49

ABŞ-da atışma: 1 ölü, 3 yaralı

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb
24.03.2019, 10:35

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Atəşkəs 23 dəfə pozulub
24.03.2019, 10:14

Atəşkəs 23 dəfə pozulub

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM   
24.03.2019, 10:05

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM  

İndoneziyada 6 bal gücündə zəlzələ
24.03.2019, 09:55

İndoneziyada 6 bal gücündə zəlzələ

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb
24.03.2019, 09:50

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır
24.03.2019, 09:42

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR
24.03.2019, 09:29

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR

Amerikada bütöv Azərbaycan sevdası ilə yaşayan Əhməd Obalı - FOTOLAR
24.03.2019, 09:23

Amerikada bütöv Azərbaycan sevdası ilə yaşayan Əhməd Obalı - FOTOLAR

Londonda 1 milyon insan
24.03.2019, 00:16

Londonda 1 milyon insan "Brexit"ə qarşı toplandı - FOTO

Daha bir ölkə paytaxtın adını dəyişir
24.03.2019, 00:01

Daha bir ölkə paytaxtın adını dəyişir

Azərbaycan nefti ucuzlaşdı
23.03.2019, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Ticarət mərkəzindən 800 nəfər xilas edildi
23.03.2019, 23:14

Ticarət mərkəzindən 800 nəfər xilas edildi

72 uşaq xəstəxanalıq oldu
23.03.2019, 22:47

72 uşaq xəstəxanalıq oldu

Norveçdə qəza təhlükəsi: 1300 sərnişin təxliyyə edildi
23.03.2019, 22:27

Norveçdə qəza təhlükəsi: 1300 sərnişin təxliyyə edildi

Almaniyadakı azərbaycanlılarla bağlı qalmaqala Koordinasiya Şurası AYDINLIQ GƏTİRDİ
23.03.2019, 22:11

Almaniyadakı azərbaycanlılarla bağlı qalmaqala Koordinasiya Şurası AYDINLIQ GƏTİRDİ

Amerikada yaşayan Yəhudi Azərbaycan dilində muğam oxudu - VİDEO
23.03.2019, 21:46

Amerikada yaşayan Yəhudi Azərbaycan dilində muğam oxudu - VİDEO

Türkiyədə əmlak alan azərbaycanlıların sayı artıb
23.03.2019, 21:19

Türkiyədə əmlak alan azərbaycanlıların sayı artıb

Sumqayıtda 11 yaşlı uşağı maşın vurdu
23.03.2019, 21:00

Sumqayıtda 11 yaşlı uşağı maşın vurdu

Meyxana ustası Aydın Xırdalanlı dünyasını dəyişdi
23.03.2019, 20:43

Meyxana ustası Aydın Xırdalanlı dünyasını dəyişdi

Prezident sarayında yanğın
23.03.2019, 20:17

Prezident sarayında yanğın

Bərdədə DƏHŞƏT: Məcburi köçkün həyat yoldaşını baltaladı
23.03.2019, 20:01

Bərdədə DƏHŞƏT: Məcburi köçkün həyat yoldaşını baltaladı

Məhkəmə qətldə təqsirləndirilən qadının cəzasını azaldıb
23.03.2019, 17:48

Məhkəmə qətldə təqsirləndirilən qadının cəzasını azaldıb

Elmar Məmmədyarov Uruqvay parlamentində müzakirələr apardı
23.03.2019, 17:00

Elmar Məmmədyarov Uruqvay parlamentində müzakirələr apardı

Azərbaycanın U-19 millisi irlandiyalı həmyaşıdları ilə qarşılaşıb
23.03.2019, 16:50

Azərbaycanın U-19 millisi irlandiyalı həmyaşıdları ilə qarşılaşıb

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOLAR
23.03.2019, 16:30

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOLAR

Son 2 gündə Azərbaycan yollarında 4 nəfər öldü
23.03.2019, 16:26

Son 2 gündə Azərbaycan yollarında 4 nəfər öldü

Ermənistanda hərbi ÜSYAN
23.03.2019, 15:43

Ermənistanda hərbi ÜSYAN

316 nəfər peşə təlimini başa vurdu
23.03.2019, 15:20

316 nəfər peşə təlimini başa vurdu

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi
23.03.2019, 15:17

İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi

Bilgə Nursultan Nazarbayev!!!   
23.03.2019, 15:14

Bilgə Nursultan Nazarbayev!!!  

Sabahın havası - külək, yağış, qar
23.03.2019, 14:00

Sabahın havası - külək, yağış, qar

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
23.03.2019, 13:48

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR
23.03.2019, 13:41

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib
23.03.2019, 13:30

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib

Binəqədidə yol bağlandı
23.03.2019, 13:25

Binəqədidə yol bağlandı

Evlərə qənim kəsilən 4 oğru tutuldu
23.03.2019, 12:36

Evlərə qənim kəsilən 4 oğru tutuldu

Moskva xatirələri - III HİSSƏ  
23.03.2019, 12:33

Moskva xatirələri - III HİSSƏ  

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”
23.03.2019, 12:24

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

Əfqanıstanda terror - 7 nəfər öldü
23.03.2019, 12:06

Əfqanıstanda terror - 7 nəfər öldü

Əməyinin nəticəsi hər gün hamı tərəfindən görünən ən nadir peşə
23.03.2019, 12:00

Əməyinin nəticəsi hər gün hamı tərəfindən görünən ən nadir peşə

Astananın adı dəyişdi - Nur-Sultan oldu
23.03.2019, 11:40

Astananın adı dəyişdi - Nur-Sultan oldu

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 
23.03.2019, 11:28

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 

ARXİV