Arxiv
20 Oktyabr 2018, 14:18 | AKTUAL
Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ

Bakının bəzi küçələrində sərnişinlərin istifadəsi üçün dayanacaqlar yerləşdirilsə də, həmin ərazidən keçən marşrut xətti yoxdur. Zamanla marşrut xətlərinin istiqamətinin dəyişdirilməsi, qısaldılması bu dayanacaqları lazımsız edib. Vətəndaşlar isə həmin dayanacaqların, dayanacaq əvəzinə nişan qoyulan yerlərdə, marşrut xətlərinin hərəkətdə olduğu hissələrdə quraşdırılmasının tərəfdarıdır.

 

İstifadəsiz dayanacaqların taleyi ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bu istiqamətdə işlər görüldüyünü diqqətə çatdırıb:

“Bəzi küçələrdə əvvəllər müntəzəm marşrut xətti fəaliyyət göstərib. Lakin indi həmin yollardan avtobus keçmir və nəticədə dayanacaqların bir neçəsi istifadəsiz qalıb. Bu hal marşrut xətləri ilə bağlı edilən dəyişikliklər zamanı yaranıb. Xatırlatmaq istəyirəm ki, BNA avtobus dayanacaqlarını Bakı Şəhər İcra Hakimiyyətindən yeni təhvil alıb. Sözügedən sahədə bəzi uyğunsuzluqların və çatışmazlıqların olduğunu bilirik. Bu istiqamətdə fəaliyyət planımıza uyğun işlər görülür.

 

Həmçinin, hazırda marşrut xətlərinin optimallaşdırılması ilə bağlı da tədbirlərimiz var. Bu çərçivədə ola bilər, hər hansı marşrut xətti uzadılsın və ya yenisi təşkil edilsin. Nəticədə, istifadəsiz qalan dayanacaqlar yenidən təşkili üçün də şərait yaranacaq”.

 

Mais Ağayev son zamanlar vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən birinə - dayanacaqlarda quraşdırılmış monitorların işləməməsinə də aydınlıq gətirib:

 

“Sözügedən monitorların bərpası, standartlara uyğun istifadəyə hazırlanması istiqamətində də işlər görülür”.

 

Aysel Aslan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11