Modern.az

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb

20 Oktyabr 2018, 15:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

 

Qərargahdan Modern.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

 

Sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti və kiçik tipli axmalar qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik baş verməyib.

Sürüşmənin sağ və sol hissəsindəki çatlarda dəyişiklik qeydə alınmayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir