22 mart 2019, Cümə
Ana Səhifə - GÜNDƏM - Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”
Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”
20.10.2018, 15:07

Dünən - oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

 

"Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.  Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Bununla bağlı müqavilə 2013-cü il mayın 20-də imzalanıb. Ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neftin emalı nəzərdə tutulur.  Zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb.

 

Azərbaycan Milli Məclisinin deputatları Modern.az  saytına bu dəfə dünən Türkiyədə açılışı olan Dövlət Neft Şirkətinə(SOCAR) məxsus “Star” neft emalı zavodunun əhəmiyyətindən danışıblar.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki,  SOCAR-a məxsus “Star” Neft Emalı Zavodu dünya əhəmiyyətli layihədir.

“İndiyədək Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın investisiya vəsaiti yatırıb. Azərbaycan dövlətinin ən çox investisiya qoyduğu ölkə qardaş Türkiyədir. Bu baxımdan "Star” zavodu çox böyük bir layihədir. Bu layihədən hər iki dövlət böyük gəlirlər əldə edəcək".

V.Əhmədov qeyd edib ki, “Star” Neft Emalı Zavodunun Azərbaycan üçün əhəmiyyəti böyükdür.

“Bu, çox böyük, dünya səviyyəli bir müəssisədir və tam olaraq Azərbaycana məxsusdur. Digər tərəfdən, mən həmişə demişəm ki, Türkiyəyə yatırım, elə Azərbaycanın özünə yatırım deməkdir”.

Deputat bildirib ki, Türkiyə neft-qaz ehtiyyatlarına malik olmayan ölkədir.

"Dünyada müəyyən protokollar var ki, 2023-cü ilədək onlara riayət etməlidilər. Nefti əsasən xaricdən idxal edir, neft emalı sahəsində xeyli çatışmazlıqları var. Bu zavodun işə düşməsi bu problemlərin xeyli hissəsini həll edəcək".

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib ki, Türkiyənin İzmir şəhərində “Star” Neft Emalı Zavodunun açılması Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun daha bir göstəricisidir.

“Bu cür nəhəng bir layihənin həyata keçməsi şübhəsiz ki, Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub. Azərbaycan və Türkiyə qardaşlığı nəticəsində beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edən, dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızan böyük layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP və digər bu kimi iri layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Əlbəttə ki, bu cür nəhəng layihələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olması, hər iki dövlətin liderlərinin siyasi iradəsi, bir-birilərinə böyük inam və etimadın sayəsində mümkün olub”.

 

Deputat qeyd edib  ki, yeni neft emalı zavodunun işə salınması eyni zamanda hər iki ölkənin həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir.

“Bu layihə hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, iqtisadiyyata dayanıqlı gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir”.

 

A.Hüseynov bildirib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı dünyaya bir nümunədir.

 “Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. İnanıram ki, bu münasibətlər bundan sonra daha da inkişaf edəcək”.

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov bildirib ki, Azərbaycanla Türkiyə qardaş ölkə olmaqla yanaşı həm, də starteji müttəfiqdirlər.

“İki ölkə arasında münasibətlərin nə qədər sıx olduğunu dünya ölkələri də bilir. Ötən gün Türkiyədə “Star” Neft Emalı zavodunun açılması Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin tarixində əlamətdar hadisədir. Belə bir zavodun məhz Türkiyədə açılması təsadüfi deyil. Çünki, bu gün Azərbaycan və Türkiyə dünya miqyasında həmrəylik nümunəsi göstərirlər”.

 

Deputat deyib ki, Azərbaycanla Türkiyə arasında sıx əlaqələr təkcə dövlət səviyyəsində deyil, eləcə də prezidentlər arasında olan yüksək səviyyəli şəxsi münasibətlərdə də özünü biruzə verməkdədir.

 ““Star” zavodunun məhz Türkiyədə açılması bir daha göstərir ki, ölkələr arasında birlik sarsılmaz və əbədidir. Hesab edirəm ki, layihə iqtisadi tərəfdən də ölkələrə böyük dividentlər gətirəcək. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”.

C.Osmanov hesab edir ki,  Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng layihələr həm iki dövlət, xalq, həm də bölgə və dünya üçün çox böyük önəm daşıyır.

 


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək
22.03.2019, 13:19

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezidentin təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü
21.03.2019, 16:34

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşdü

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar
21.03.2019, 16:32

Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”
21.03.2019, 16:10

Əli Həsənov: “Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək”

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

ARXİV