Modern.az

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ

Aktual

20 Oktyabr 2018, 16:23

Bu gün Naxçıvanda üçüncü  “Arıçılıq məhsulları-bal” festivalının açılışı olub. Modern.az xəbər verir ki, tarixi abidələrdən biri olan Naxçıvanqalada keçirilən festival  2 gün davam edəcək.

 

Qeyd edək ki, bu 2 günlük festivala muxtar respublikanın bütün rayonlarından olan 288 arıçı tərəfindən 12 min 985 kiloqram süzmə, 3342 kiloqram şan bal, arı südü, çiçək tozu, o cümlədən arı məhsullarından hazırlanmış tibbi ekstraktlar, mum kremləri, bal istehsalında xüsusi əhəmiyyətə malik olan dərman bitkiləri və digər məhsullar çıxarılıb. Festivala çıxarılan məhsullar xüsusi taralarda qablaşdırılıb. Həmçinin, baldan hazırlanan müxtəlif şirniyyatlar, araqlar, şərablar, doşab və şərbətlər də festival iştirakçılarına təklif edilir.

 

Festivalda, eyni zamanda, müxtəlif arıçılıq ləvazimatları nümayiş olunub. Festival arıçılar arasında təcrübə mübadiləsinin həyata keçirilməsinə, onların bu sahədə əldə olunan yeniliklərlə tanış olmalarına şərait yaradır. Arıçılıqla bağlı çap olunmuş kitab və bukletlər bu sahədə mühüm əhəmiyyətə malikdir. Kitab və bukletlər arıçılara paylanıb.

 

Qeyd olunub ki, Günnüt, Havuş, Tənənəm, Şahbulaq, Tivi, Buzqov, Şurud, Ağbulaq və digər kəndlərdə istehsal olunan bal dadı, qoxusu, görünüşü və müalicəvi əhəmiyyəti ilə seçilir. Muxtar respublikanın florası nektarlı bitkilərlə zəngindir. Azərbaycanda mövcud olan 400 növ balverən bitkinin əksəriyyəti muxtar respublikanın ərazisində bitir. Naxçıvanın coğrafi iqlim şəraiti isə balverən bitkilərin müxtəlif vaxtlarda çiçəkləməsinə səbəb olur. Bütün bunlar da arıçılığın inkişafı üçün geniş imkanlar açır. Bunun nəticəsidir ki, muxtar respublikada arı ailələrinin sayı artaraq 71 mini ötüb.

 

Modern.az festivaldan fotoları təqdim edir:

 

Tərlan YUSİF

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir