Modern.az

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

20 Oktyabr 2018, 21:19

Badamdar sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.  

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Modern.az-a verilən məlumata görə, sürüşmə kütləsi üzərində ara-sıra asılı süxur qırıntıları yamac boyu aşağıya doğru hərəkət edir.

 

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür