Modern.az

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

Aktual

20 Oktyabr 2018, 21:38

"Qarabağ" klubuna "Səbail"lə keçirdiyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçı ilə əlaqədar texniki məğlubiyyət verilə bilər. Modern.az "Report"a istinadən xəbər verir ki, buna səbəb Ağdam komandasının oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır. Peşəkar Futbol Liqasının rəsmi saytında dərc olunmuş oyunöncəsi heyətlərdə Abbas Hüseynovun adı göstərilməyib. Lakin baş məşqçi Qurban Qurbanov Hüseynovu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb.

 

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır