Modern.az

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

21 Oktyabr 2018, 08:58

ABŞ-da "Virginia" tipli, "Vermont" və "Delaware" torpedo silahları ilə təchiz edilmiş iki yeni atom sualtı qayığı suya endirilib. 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti xəbər verib. 

Xəbərdə bildirilir ki, hər bir sualtı qayığın inşası 2,7 milyard dollara başa gəlib.  "Vermont"un Hərbi Dəniz Qüvvələrinə verilməsi mərasimi Konnektikut ştatında, Qroton şəhərində, hərbi-dəniz bazasında keçirilib. "Delaware" Virciniyadakı Nyuport-Nyus bazasında suya buraxılıb.  Sualtı qayıqlardan tikintisinə 2013-cü ildə başlanıb. Onlar ölkənin Hərbi Dəniz Qüvvələri üçün bu tipdən yaradılan sayca 18 və 19-cu sualtı qayıqlardır. Qayıqların Hərbi Dəniz Qüvvələrinin tabeliyinə verilməsi 2019-cu ilin əvvəllərində reallaşacaq. 

Qeyd edək ki, bir müddət əvvəl Avstraliyanın ilk sualtı qayığının qalıqları itməsindən 103 il sonra tapılıb

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı